Tramp Ruhani ilə görüşməyə hazır olmadığını bildirib

ABŞ prezidenti Donald Trump, İran rəhbərliyi ilə heç bir qabaqcadan müəyyən edilmiş şərt olmadan görüşməyə hazır olduğu barədə yalan məlumatların həqiqətə uyğun olmadığını deyib. SİA xəbər verir ki, Amerika lideri müvafiq mesajı bazar günü öz Twitter səhifəsində yerləşdirib.
"Yalançı media, heç bir şərt olmadan" İranla görüşməyə hazır olduğumu söyləyir. Bu həmişə olduğu kimi yalan bir ifadədir", deyə ABŞ prezidenti bildirib.
Xatırladaq ki, ötən həftə Amerika prezidenti sentyabrın sonunda BMT Baş Assambleyasının ümumi müzakirəsi çərçivəsində İran lideri Həsən Ruhani ilə görüşmə fürsətinə icazə verib. Bloomberg, çərşənbə günü öz mənbələrə istinadən Trumpın sentyabrın sonlarında Ruhani ilə görüşünü asanlaşdırmaq üçün İrana qarşı sanksiya rejiminin yüngülləşdirilməsi barədə xəbər verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə