Hacıkənd meşəsi 40 hektar genişləndirilib

Hacıkənd meşəsi 40 hektar genişləndirilib

Hacıkənd meşə sahələri əlavə 40 hektar artırılıb. Bu barədə SİA-nın bölgə müxbirinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin məsləhətçisi Əlikram Qurbanov məlumat verib.

Onun sözlərinə görə, "Ekologiya ili" çərçivəsində aparlıan intensiv tədbirlər nəticəsində Hackəndin meşə massivi ilə yanaşı, avtomobil yollarının kənarlarında, həmçinin müəyyən ərazilərdə yaşıllıq sahələri genişləndirilib.

Ümumiyyətlə, son bir ildə Gəncədə 80 minə yaxın ağac və gül kolları əkilib. Bu dövr ərzində qanun pozuntusuna görə, 4 nəfər cərimələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə