Qanun pozuntusu Ermənistanda etiraf olunur

Amulsar Qızıl mədəninin işləməsi üçün lisenziyalar "qanun pozuntusudur". SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu hüquq müdafiəçisi Nazeli Vardanyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Amulsarda qızıl hasilatına icazə verən lisenziyalar, həm konstitusiya, həm də digər qanunvericilik müddəaları da daxil olmaqla, bütün qanunlara zidd olaraq verilib.
Nazeli Vardanyan jurnalistlərə açıqlamasında, bu qanuni və adi pozuntulara, habelə korrupsiya risklərinə diqqəti yönəltmək üçün əldə etdiyi öz nəticələrini hökumətə təqdim edərək, bu problemi 2018-ci ildə həll etdiyini də söyləyib. "Hüquq-mühafizə orqanlarından xahiş etdim ki, məhkəməyə başlayın və istintaq aparılsın, amma indiyə qədər heç bir şey edilməyib", deyə Vardanyan bildirib.

Hüquq müdafiəçisi həmçinin baş nazirə də bu barədə bildirdiyini söyləyib. “Mən cənab baş nazirə dedim ki, ELARD (Earth link & Advanced Resources Development) tədqiqatı əsasında verdiyim iddianı rədd edə bilməzlər. Mənə dedi ki, "35.000 müvafiq sənəd var". O dedi ki, hökumətin özü bu vəziyyətdə (yeni araşdırma aparmaq üçün əlavə 400.000 dollar xərcləmək əvəzinə) işi bağlaya bilər”, deyə Nazeli Vardanyan fikrini əsaslandırıb.

Vardanyan, "Sanitariya və Epidemik Təhlükəsizlik haqqında" qanuna istinad edərək, Səhiyyə Nazirliyinin sanitar müayinəsi üçün müvafiq səylər göstərməsini də tələb edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə