Millət vəkili: ”Heç olmasa Novruz bayramına qədər bazarlarda qiymət qaldırılmasın”
"Azərbaycanın İran və Türkiyə ilə viza rejiminin ləğv olunmasına dair təklifləri düzgün deyil". SİA-nın verdiyi xəbərə görə, bu sözləri millət vəkili İqbal Ağazadə Parlamentin bu günki iclasında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan İran və Türkiyə ilə viza rejimini ləğv etməməlidir. Onun sözlərinə görə, çünki həm İranda, həm də Türkiyədə Azərbaycanı sevməyən separatçı qüvvələr var. Onların Azərbaycana sərbəst gəlib-getməsinə şərait yaratmaq olmaz. O vurğulayıb ki, İrandan, Türkiyədən Azərbaycana gələn bəzi insanlar səmimi deyillər, müəyyən məqamlardan istifadə etməyə çalışırlar.
İqbal Ağazadə ölkənin ticarət şəbəkəsində son vaxtlar baş verən qiymət artımına da diqqət çəkib. O bildirib ki, hökümət martın 15-də hesabat verəcək: "O zaman hökumətin qarşısında məsələ qaldırmaq lazımdır ki, heç olmasa Novruz bayramına qədər bazarlarda, xüsusən də ərzaq bazarlarında qiymət qaldırılmasın".
Deputat həmçinin martın 15-də hökümətin hesabat zamanı, müdafiə nazirinin də gəlib hesabat veməsini vacib hesab edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB