Region QHT-lərinə maliyyə hesabatları ilə bağlı təlim keçirilir

Region QHT-lərinə maliyyə hesabatları ilə bağlı təlim keçirilir

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə uyğun olaraq, QHT-lərin Maliyyə Nazirliyinə təqdim edəcəyi illik maliyyə hesabatlarının tərtibi işində təşkilatlara kömək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən təşkil edilmiş məsləhət xidməti qrafiki çərçivəsində regional təlimlərə start verilib.

Qurumdan SİA-ya verilən xəbərə görə, Bu gün Şuranın baş mühasibi Tofiq Həsənov MQF Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində "QHT-lərin Milli Mühasibat Uçotları Standartlarına keçidinin təşkili, Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Döövlət Dəstəyi Şurasına təqdim olunan hesabatların tərtib edilməsi" mövzusunda təlim keçib. Təlimdə Qəbələ, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala, İsmayıllı və Göyçay rayon qeyri-hökumət təşkilatlarının 20-dən artıq nümayəndəsi iştirak edib.

Təlimlər daha sonra Mingəçevir, Şəmkir, Şirvan və Quba şəhərlərində davam etdiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə