Lənkəranda 13 sığortaedənə qarşı maliyyə sanksiyası tətbiq olunub

Lənkəranda 13 sığortaedənə qarşı maliyyə sanksiyası tətbiq olunub

2010-cu ildə Lənkəran rayonu üzrə 1187 sığortaedən qeydiyyata alınıb. Bu barədə SİA-nın cənub bürosuna məlumatı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Lənkəran rayon şöbəsinin müdiri Ramiz Əzimov verib. Onun sözlərinə görə, rayon üzrə sığortaedənlərin sayı 2824-ə çatıb.

Hesabat dövründə sığortaedənlərin sosial sığorta üzrə borcları 860,3 min manat olub ki, bunun da 76,3 min manatı büdcə təşkilatları, 784,0 min manatı qeyri-büdcə təşkilatların payına düşür. Borcların alınması məqsədilə bir sıra məqsədyönlü tədbirlər görülüb. Belə ki, banklara bu məqsədlə 134 inkassa sərəncamı qoyulub. 46 sığortaedənin banklardakı hesablaşma əməliyyatları dayandırılıb.

Bundan əlavə 10 hüquqi şəxsdən 235,8 min manat, 32 nəfər fiziki şəxsdən 5,1 min manat vəsaitin alınması üçün Şirvan İqtisad Məhkəməsində qətnamənin çıxarılması təmin olunub. Həmçinin, məcburi dövlət sosial-sığorta qaydalarını pozduqlarına görə 13 sığortaedənə 6,4 min manat maliyyə sanksiyası tətbiq olunub.

Qeyd edək ki, şöbənin uçotunda 28988 nəfər pensiyaçı var.Onlardan 18827 nəfəri yaşa görə, 8303 nəfəri əlilliyə görə, 1858 nəfəri isə ailə aiə başçısının itirilməsinə görə pensiya alanlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə