Ermənistan siyasi elitası ölkəni yenidən dağılmış sistemə aparır. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus lragir.am saytında Artak Hovsepyanın müəllifliyi ilə dərc olunan məqalədə bildirilir.
Məqalə müəllifinin sözlərinə görə Ermənistandakı yarımcıq inqlab yarımçıq hamiləlik qədər absurddur və bu məntiq tarixən bütün uğurlu inqilabların nümunələri ilə sübut edilib.
Məqalədə Makronun fikirlərinə də istinad edilir və onun "Mənim addımım" partiyasının yumşaq və sarsıntılı addımları nəticəsində inqlabi hərəkatın dalana dirəndiyi barədə fikirləri də vurğulanır. Vurğulanır ki, 2018-ci il ərzində yeni Ermənistan hakimiyyəti təkcə ölkə xaricində inqilabi islahatların müttəfiqlərini axtarmadı, həm də həmin müttəfiqlərə əl uzatmaqdan da imtina etdi. Bir il əvvəl fransızdilli ölkələrin zirvə görüşündə tarixi bir fürsətin düşdüyü zaman 80-dən çox ölkə ilə səmərəli əməkdaşlıq qurmaq əvəzinə, Ermənistanın yeni liderlərinin sammiti Asiya ziyafətinə çevirdiyi də məqalədə öz əksini tapır. Qeyd olunduğuna görə Ermənistan hakimiyyəti elə bir mikroölçüyə qədər kiçilib ki, nəinki Amulsar məsələsi, hətta bütün həyati vacib məsələləri, eyni zamanda mənəvi dəyərləri belə təzyiqlərə məruz qalır və bu təzyiqlər qarşısında Paşinyan hakimiyyəti acizdir.
Belə bir tragikomediyanın nəticəsi olaraq Ermənistan ötən əsrdə mütəmadi məruz qaldığı kimi yenə də xarabalıqlarda qalmaq təhlükəsi ilə üz-üzədir. Hazırda bu ölkədəki sürünən təkamül göz qabağındadır. Erməni inqilabının başgicəlləndirici dönüşü qaçılmazdır və bu dəfə Paşinyan, eyni zamanda onun hakimiyyəti hədəfdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB