Azərbaycan Ordusunun əsgəri üçüncü mərtəbədən yıxılıb

Azərbaycan Ordusunun əsgəri üçüncü mərtəbədən yıxılıb

Azərbaycan Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində bədbəxt hadisə baş verib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əsgər Səlimzadə Loğman İlqar oğlu üçüncü mərtəbədən yıxılıb.

 

Yaralı əsgər hospitala yerləşdirilib, onun vəziyyəti kafi dəyərləndirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə