"Biz bu məsələni AŞPA səviyyəsində qaldırmalıyıq" ÖZƏL-MÜNASİBƏT
"Ümumiyyətlə Fransa parlamentarilərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini qəti şəkildə pisləyirik". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
"İş orasındadır ki, Fransa parlamentarilərinin ya regionla bağlı proseslərdən, ya Fransanın bu məsələyə münasibətdən, ya da son verilmiş bu qərardan xəbərləri yoxdur. Mən bu yaxınlarda Fransa məhkəməsinin qəbul etdiyi qərara nəzər salmaq istərdim. Həmin qərar əsasında bir sıra bələdiyyələr qondarma “DQR”-nın bələdiyyələri ilə bağladığı sazişləri qüvvədən düşmüş hesab edirdilər. Ümumiyyətlə müəyyən hüquq normaları və rəsmi yanaşma var. Bunların hamısını nəzərə almayan bu cür “siyasətçilər” qanunsuz səfərlər edirlər. Onlar ilk növbədə bununla öz bisavadlığını göstərirlər. Digər tərəfdən onlar ikitərəfli münasibətlərə də xələl gətirirlər. Düşünürəm ki, bu istiqamətdə bizim tərəfimizdən də işlər aparılmalıdır və daha sərt addımlar atılmalıdır. Yəqinki təkcə ikitərəfli münasibətlər müstəvisində yox, biz eyni zamanda bu məsələni AŞPA səviyyəsində qaldırmalıyıq"-deyə, İ.Vəlizadə fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB