"Ümumiyyətlə partiyalararası dialoqa həmişə ehtiyac var. Hesab edirəm ki, cəmiyyətdə bu görüş yaxşı qarşılanır və alqışlanır". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
"Yəni siyasi partiyaların, ictimai birliklərin, müxtəlif qurumların, strukturların bir araya gəlməsi, ölkədaxili, ölkəxarici problemlərin, taleyüklü milli məsələlərimizin, ümummilli məsələlərimizin birlikdə müzakirə olunması, fikir bildirilməsi, müəyyən məsələlərdə razılığa gəlinməsi, müəyyən məsələlərdə fikir ayrılığının olması təbii ki, labüddür. Hesab edirəm ki, Azərbaycan iqtidarının, hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə baş tutan bu dialoq çox vacibdir, dəyərlidir və xeyirlidir. Düzdür çağırışa gəlməyənlər də oldu. Dialoqda həm iqtidarda, həm müxalifətdə, həm də müstəqil fəaliyyət göstərən qurumlar tərəfindən çox dəyərli fikirlər səsləndirildi. Təbii ki, bunların hamısı araşdırılacaq, müzakirə olunacaq və bir nəticə çıxarılacaq. Ancaq bütün hallarda mən dialoq tərəfdarıyam. Cəmiyyətimizdə müəyyən məsələlərin birlikdə müzakirə olunması, fikir bildirilməsi təbii ki, inkişafımızın, sabitliyimizin, stabilliyimizin xeyrinədir”-deyə, E.Məmmədov fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB