Paşinyan qorxuya düşüb

Paşinyan özü üçün“ ehtiyat ”qüvvə yaratmağa qərar verib. SİA Ermənistana məxsus aysor.am saytının “Past” qəzetində dərc olunan yazıya əsaslanaraq yayımladığı məlumata istinadən xəbər verir ki, Ermənistanın siyasi həyatında hər gün müxtəlif dəyişikliklər olur və bu da zamanla siyasi dəyişikliyə, gündəliyin dəyişməsinə səbəb ola bilər.
Nəşrin yazdığına görə, hakimiyyət bütün mümkün variantların qarşısını almaq və buna hazırlaşmaq üçün hadisələrin bir neçə istiqamətdə inkişafına hazırlaşmağa başlayıb. Qəzetin mənbələrinə görə, Paşinyan reytinqinin kəskin şəkildə azalması və mümkün kəskin inkişaflar zamanı onun üçün bir qalxan ola biləcək "ehtiyat qüvvə" yaratmağa başlayıb.
Məlumata görə, orada həm "yumşaq metodlar", həm də hakimiyyətin yürütdüyü "məxməri" siyasətinə qarşı çıxan həm parlament, həm də parlamentdənkənar qüvvələrin nümayəndələrini birləşdirilir. Bu cür birləşdirilmiş qüvvələrin tərkibində müxtəlif dövrlərdə siyasi rəqib sayılan şəxslərin belə yer alması mümkündür.
Görünür, Paşinyan hakimiyyəti itirəcəyindən qorxuya düşüb və "ehtiyat qüvvə" onun üçün çıxış yolu, ələ keçirdiyi hakimiyyətini qoruma vasitəsi hesab olunur. Əslində isə, bu fakt özü özlüyündə təsdiq edir ki, Paşinyan öz hakimiyyətinin tükdən asılı olduğunu yaxşı başa düşür və "ehtiyat qüvvə" yaratmaq taktikasına əl atması başa düşdüyünün etirafıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə