Ermənistan hakimiyyəti etirazçıların yorulacağına ümid edir

Ermənistan hakimiyyəti etirazçıların yorulacağına ümid edir

Ermənistandakı səlahiyyətlilər ümid edirlər ki, aprel-may aylarına qədər mədəni blokadaya alanlar ya yorulacaq və ya onları razı salacaqlar. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Jamanak” qəzetində yazı dərc olunub.
Yazıda qeyd olunur ki, baş nazir Nikol Paşinyan sentyabrın 9-da Amulsar mədəninə aparan yolların açılmasını istəsə də, bu, yaxın günlərdə hakimiyyətin sərt tədbirlərə əl atacağı demək deyil. Həmçinin qəzetdə xüsusilə vurğulanır ki, baş nazir Nikol Paşinyan" Mənim addımım " partiyasının deputatları ilə görüşdə deyib ki, hələ 8 ay vaxt var və Lidian gələn ilin aprel-may aylarında fəaliyyətini bərpa edəcək və bu vaxta qədər, mədəni blokadaya alanlar ya yorulacaq və ya onları razı salacaqlar.
Görünür, Ermənistan hakimiyyəti etirazçıların yorulacağına ümid edir. Yəqin ki, bu variantın işə yaramadığı təqdirdə erməni səlahiyyətliləri, hazırki hakimiyyət problemin güc tətbiq edilməsi yolu ilə həllinə çalışacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə