Qüdrət Həsənquliyev: "Müdafiə naziri təcili parlamentə çağırılmalı və o hesabat verməlidir" - AÇIQLAMA

Qüdrət Həsənquliyev: "Müdafiə naziri təcili parlamentə çağırılmalı və o hesabat verməlidir" - AÇIQLAMA

"Çox təəssüf edirəm ki, deputat həmkarlarım ötən gün hərbi hissədə baş verən hadisələrin şişirdildiyini söyləyirlər. Burada heç bir şey şişirdilmir, daha bundan artıq nə baş verməliydi?". SİA-nın məlumatına görə, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bugünki iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, son iki il ərzində eyni hərbi korpusda 3 bu kimi hadisə baş verib. Onun sözlərinə görə, faciəli hal bundadır ki, bu insident nəticəsində öz əsgərlərimiz bir-birini kütləvi qətlə yetirir, düşmən etmir. "Hesab edirəm ki, son bu hadisəni ört-basdır etməməliyik. Oradakı hadisələrdə məsuliyyət daşıyan bütün insanlar cəzalandırılmalıdır. Azərbaycanda hamı çalışır ki, öz uşaqlarını Naxçıvanda hərbi xidmətə göndərsin. Çünki orada hərbi intizam daha güclü qurulub. Azərbaycanın digər bölgələrində də bu cür nizam-intizam qurulmalıdır. Orduya nizam-intizam gücləndirilməlidir. Dalbadal insident baş verən həmin hərbi korpusun komandiri məsuliyyətə cəlb olunmalıdır. Milli Məclis bu məsələnin üstünə getməlidir. Müdafiə naziri təcili parlamentə çağırılmalı və o hesabat verməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə