Türkiyənin Diyarbəkir əyalətində terror aktı olub 7 nəfər həlak olub

Türkiyənin Diyarbəkir əyalətində terror aktı olub 7 nəfər həlak olub

Türkiyənin Diyarbəkir əyalətinin Kulp rayonunda partlayış törədilib. Ölən və yaralananlar var. SİA Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi bəyanat verib.

Bildirilib ki, ötən gün axşam saatlarında Kulp rayonunda odun yığmağa yollanan kəndlilərin bir maşını yolda PKK terrorçuları tərəfindən hücuma məruz qalıb.

Partlacıyı maddələr və qurğuların istifadə edildiyi bu terror aktı nəticəsində azı 7 mülki şəxs həlak olub və daha 10 kişi yaralanıb.

Yaralılar Kulp xəstəxanasına çatdırılıb. Bu arada Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu terror aktını törədənlərin cəzalandırılması üçün bütün güclərin səfərbər ediləcəyini bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə