Bu il fevralın sonunda İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin diplomatik fəaliyyəti bitir. SİA-nın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı qurumun Gürcüstandakı ofisi yayıb. Məlumata görə, hazırda Gürcüstanda səfərdə olan P.Semnebinin xüsusi nümayəndə kimi səlahiyyət müddəti fevralın 28-də bitir. Onun səlahiyyət müddətinin artırılacağı, yoxsa yeni vəzifəyə təyin olunacağı məsələsi hələlik Brüsseldə həll olunmayıb.
Eyni zamanda İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin bu ayın sonunda Azərbaycana son səfər etməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB