Bu gün ilk çərşənbədir - Su Çərşənbəsi. SİA-nın verdiyi xəbərə görə, Boz ayın dörd müqəddəs çərşənbəsindən biri Su Çərşənbəsi ilə başlayır. Bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Əzəl çərşənbədə qarşıdan təzə ilin gəlməsi ilə bağlı ən əvvəl su təmizlənir. Hamı gün doğmamış su üstünə gedir, təzə suda əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.
Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr vərəvayətlər var. Məsələn, inanclarda deyilir:
- Süfrəyə su dağılması aydınlıqdır,
- Su içən adamı qəfil vurmazlar,
- Su içən adamı ilan çalmaz,
- Lal axan sudan keçməzlər.
Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:
- Su olan yerdə dirilik olar,
- Su ehsandır,
- Su murdarlıq götürməz,
- Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB