Türkiyə prezidenti Abdullah Gül Liviyadakı hadisələr və oradakı türk vətəndaşlarının durumu ilə bağlı açıqlama verib.
İstanbulda jurnalistlərə açıqlama verən Gül Yaxın Şərqdə baş verənləri olaylar başladıqdan bəri diqqət və nəgarançılıqla izlədiklərini deyib. Türkiyə prezidenti insan itkilərinin çox üzücü olduğunu deyib və qeyd edib ki, bu məsələlər qardaş qanı tökülmədən həll edilməlidir: "Təbii ki, bütün rəhbərlər də xalqlarının arzularını, diləklərini dinləməlidirlər".
Abdullah Gül Liviyadakı türklərin təhlükəsiz şəkildə ölkəyə gətirilməsi üçün bütün imkanların səfərbər edildiyini bildirib. Prezident Liviyadakı olayların başlamasında türklərin də rol oynadığına dair iddiaların isə həqiqətə uyğun olmadığını söyləyib: "Hər hansı bir türkün bir ölkənin - hələ o ölkədəysə - siyasi fəaliyyətlərində iştirak etməsindən söhbət gedə bilməz. Xüsusilə Yaxın Şərq ölkələrində türklər buna xüsusilə diqqət göstərirlər. Bu səbəbdən də iddiaların doğru olmadığı qənaətindəyəm"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB