Azərbaycan Prezidenti "Azəryolservis" ASC-nin işçilərini təltif edib

Azərbaycan Prezidenti "Azəryolservis" ASC-nin işçilərini təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, sərəncama əsasən "Azəryolservis" ASC-nin işçiləri - Gülməmmədov Dadaş Müstəcəb oğlu "Şöhrət" ordeni ilə, Ağayev Eldar Sərhad oğlu, Babayev Yusif Məhərrəm oğlu, Bəkirova Nəcibə Əbdülhüseyn qızı, Cavadov Əlikram Cüməli oğlu, Cavadov Famil Cavad oğlu, Əhədov Adil Əhməd oğlu, Əhmədov Vaqif Hüseyn oğlu, İbrahimov Şamil Yumux oğlu, İsmayılov Əli Kərəm oğlu, Kərimov Bəhmən Bəhram oğlu, Qəhrəmanova Şəlalə Süleyman qızı, Qoçulu Şəfiqə Xeyrulla qızı, Məmmədov Azad İmran oğlu, Məmmədov Sadıx Adıgözəl oğlu, Ömərov Ədalət Mehrəli oğlu, Səlimov Məzahir Yaqub oğlu və Süleymanov Nəriman Şəmşi oğlu "Tərəqqi" medalı ilə təltif ediliblər.

Prezidentin digər sərəncamı ilə "Azəryolservis" ASC-nin iki işçisinə - Əhmədov Qəhrəman Məmmədəli oğlu və Piriyev Qurban Zeynəddin oğluna "Əməkdar Mühəndis" fəxri adı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə