Putin Yerevana getməyə, Avrasiya İqtisadi İttifaqının Yerevan sammiti isə baş tutmaya bilər
Artıq məlumdur ki, MDB ölkələrində axtarışa verilən Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Mikael Arutunyanın Rusiya Federasiyasındakı axtarışı ləğv edilib. SİA xəbər verir ki, bu barədə İnterfax agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb. “ Rusiya Federasiyası ərazisində Yerevanda baş verən və 1 mart 2008-ci il hadisələrinə görə ittiham edilən Arutunyanın axtarışına son qoyulub”, deyə mənbə agentliyə bildirib.
Məhz bu fakt Ermənistanda baş qaldırmış anti-Rusiya siyasətinə verilən növbəti cavab kimi də dəyərləndirilir. Daha dəqiq desək, verilən qərar Nikol Paşinyanın uğursuz xarici siyasəti, xüsusilə, Rusiyanın prezidenti Vladimir Putinin yaxın dostu hesab edilən Robert Koçaryanın həbsdə saxlamasına qarşı yumşaq desək, qurşaqaltı zərbə kimi də qiymətləndirilə bilər.
Nikol Paşnyan son vaxtlar bir neçə dəfə bənzər zərbələrə məruz qalıb
Bu, həm də belə bir nəticəyə gəlməyə əsas verir ki, artıq Putin açıq-aydın şəkildə Ermənistana, daha doğrusu Paşinyana qarşı təsir qüvvəsini gücləndirmək qərarına gəlib. Çünki Nikol Paşnyan son vaxtlar bir neçə dəfə bənzər zərbələrə məruz qalıb.
Onu da qeyd edək ki, artıq erməni KİV-ləri də bu hadisələrdən doğan və yarana biləcək təhlükələrdən narahatlıqlarını gizlətmirlər. Misal üçün, Ermənistanın 1in.am saytının analitik bölməsində yazılıb ki, əlbəttə, Moskva gey, ya da tez bu cür qərarı qəbul edəcək idi. “Rusiya hakimiyyəti Arutunyanın Ermənistana ekstradisiya edilməsinə rədd cavabı veriblər və bunu belə motivizə ediblər ki, o Rusiya vətəndaşıdır”, analitik yazıda bildirilir.
Qeyd edək ki, bu günlərdə Putinin hakimiyyətinə müxalifətdə olan Rusiya vətəndaşı Şişkin Ermənistan hakimiyyətindən siyasi sığınacaq istəyib. Bu mənada, erməni KİV-i yazır ki, məhz həmin səbəbə görə guya Rusiya Arutunyanın axtarışına son qoyub. Lakin belə bir gülməli iddia həm də digər məsələni agah edirə. Belə ki, rus müxalifətçi Şişkin Rusiyada tanınmış və gözəgəlimli siyasi fiqur olmayıb. Arutunyan isə, sabiq müdafiə naziri və general-leytenantdır. Ona görə də bu iki şəxsin müqayisənin aparılması heç də məntiqli görünmür.
1 mart 2008-ci il hadisələrində Koçaryanla yanaşı Putin də ittiham olunur?
Başqa tərəfdən, ermənilər çalışırlar ki, bu məsləni məhz sözügedən kontekstdən ictimailəşdirməyə çalışan Paşinyana yaxın media qurumları onun Rusiya qarşısındakı acizliyini gizlətməyə cəhdlər göstərirlər. Amma göründüyü kimi, həmin cəhdlər də puça çıxır və erməni ictimaiyyəti baş nazirlərinin zəifliyini daha açıq şəkildə müşahidə edirlər.
Maraqlıdır ki, erməni KİV-ləri Putinin Robert Koçaryanı və onun komandasını müdafiə etməsini həm də belə əlaqələndirirlər ki, məhz 1 mart 2008-ci il hadisələrində əsas pult yenə də Putinin əlində olub və Koçaryanı da o idarə edib. Yəni həmin hadisələrdə birbaşa Vladimir Putinin də əlinin olduğu iddia edilir. Ona görə də o, həm Koçaryanı, həm də həmin hadisələrdə iştirakçı olmuş iqtidar komandasını ciddi-cəhdlə müdafiə edir.
Erməni KİV-i: “Moskva hazırda erməni-rus böhranının inkişafına doğru gedir”
Ancaq bütün bunlara baxmayaraq, analitik yazıda digər məsələyə də toxunulur. Bildirilir ki, cari ilin oktyabrın 1-də Yerevanda Avrasiya İqtisadi İttifaqının sammiti keçiriləcək və Putinin həmin sammitdə iştirakı baş tutmaya bilər. “Əlbəttə, bütünlüklə mümkündür ki, Moskva hazırda erməni-rus böhranının inkişafına doğru gedir və başqa səbəblərə görə”, deyə yazan erməni saytı qeyd edir ki, Vladimir Putin oktyabrın 1-də keçiriləcək Yerevan sammitinin işinə qatılmaq fikrində deyil, ya da sammitin keçirilməsi tarixi dəyişə bilər. Düzdür, Putinin Yerevana səfər edib-etməyəcəyi barədə rəsmi Moskvanın hər hansı bir informasiyası olmasa da, hadisələrin bu məcrada inkişaf edəcəyini gözləmək mümkündür. Hər halda, artıq Yerevanın quyruğu Kremlin darvazaları arasında ilişib və möhkəm şəkildə sıxışmaqdadır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB