Fazil Mustafa: "Siyasi baxışlarımız nə qədər fərqli olur-olsun, ümummilli məsələlərdə ortaq mövqe ortaya qoymağı bacarmalıyıq"
"İranın özünə yönəlik açıqlamalarını biz bir qədər fərqli izah etməliyik. İranda olan rejimin Azərbaycana qarşı münasibətini konkret rejimin başında duran şəxslərin yanlış addımları kimi qiymətləndirməyimiz daha doğrudur". Bu sözləri SİA-ya millət vəkili Fazil Mustafa açıqlamasında deyib. Onun sözlərinə görə, çünki İran dövlət olaraq qonşu dövlətdir və biz bütün hallarda qonşularla dinc yaşamaq bir-birinin daxili işlərinə qarışmamaq siyasətinə üstünlük veririk.
O bildirib ki, lakin İran rəsmiləri tərəfindən ölkəmizə qarşı atılan hər bir mənfi addım qınanmalı və Azərbaycan tərəfi bu addıma öz mövqeyini bildirməlidir: "Bizim Azərbaycanda siyasi baxışlarımız nə qədər fərqli olur-olsun, ümummilli məsələlərdə ortaq mövqe ortaya qoymağı bacarmalıyıq. Bu mədəniyyət məsələsidir. İranla bağlı məsələdə məncə biraz fürsətçilik yanaşmaları var. Yəni ki, hansı cəbhədən, hansı cinahdan olursa- olsun əgər Azərbaycan hakimiyyətinə qarşı haqlı-haqsız hər hansı bir hücum varsa, bu bizim faydamızadır. Belə yanaşmaq yanlışdır. Əgər bu hücumlar Azərbaycanda demokratiyanın inkişafına faydalı olarsa, o zaman onu məqbul sayaram ki, insanlar bunu dəstəkləsinlər. Amma İrandan gələn təzyiqlər Azərbaycanda demokratiya üçün yox, ölkəmizin daha da geriləməsi üçün edilən təzyiqlərdir. Ona görə də hamı buna öz vətəndaş mövqeyindən çıxış edərək münasibət bildirməlidir".
Bəzi müxalif qüvvələrin İranın Azərbaycanın daxili işinə qarışması məsələsinə cavab verməməsini qəbuledilməz hesab edən millət vəkilinin fikrincə, müxalifətin hakimiyyətə münasibəti mənfi ola bilər, amma söhbət milli, strateji maraqlardan gedirsə və əgər sən bir vətəndaş, siyasi partiya rəhbərisənsə, buna konkret mövqe ifadə etməlisən.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB