Azərbaycanın məşhur rəssamlarının əsərləri sığortalanıb

Azərbaycanın məşhur rəssamlarının əsərləri sığortalanıb

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən satın alınmış Azərbaycanın məşhur rəssamlarının əsərləri "Standard Insurance" Sığorta Şirkəti tərəfindən mədəni irsimizin qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsi məqsədi ilə pulsuz olaraq sığortalanıb.

İdarədən SİA-ya verilən xəbərə görə, sığortalanan rəsm əsərləri arasında Toğrul Nərimanbəyovun "Bakı Qədim Şəhər", Tofiq Kərimovun "Qız Qalası", Elbəy Rzaquliyevin "Şirvanşahlar Sarayı" və "Köhnə Küçə", Hafiz Məmmədovun "Qoşa Qapı", Rafiq Mehdiyevin "İçərişəhərdə", Eyyub Məmmədovun "Şirvanşahlar", Mahmud Tağıyevin "İçərişəhər", Böyükağa Mirzəzadənin "Qala" və "Qız Qalası" kimi əsərləri yer alır.

Milli rəssamlıq sənətimizin inkişafında xüsusi xidmətləri olan bu istedadlı sənətkarların İçəri Şəhərin tarixi abidələri və müxtəlif görüntüləri əks olunan əsərlərində bu qədim məkanın tarixi ruhu rəsm dili ilə özünəməxsus tərzdə ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə