Dağıdıcıların uğursuzluq sindromları

Dağıdıcıların uğursuzluq sindromları

Dağıdıcılıq prinsipindən çıxış edən müxalifətin sonu çatıb

Yenə eyni yol, yenə eyni çıxış. Artıq yay fəsli başa çatmaq üzrədir. Əslində, bütün fəsillərdə uğursuzluq sindromunu yaşayan, hətta özlərinə yaşadan müxalifətin dağıdıcı qanadı, yenə də əvvəlki illərdə olduğu kimi, yoxluqlarının sosial şəbəkələrdən mitinq çağırışları etməklə, meymunluq edirlər desək, yanılmarıq. Bu cəhdlərdən heç bir nəticənin hasil olmayacağını da bilsələr, yenə də AXCP sədri Ə.Kərimli, onun qulbeçəsi Cəmil Həsənli, minsifətlilik nümunəsi Gültəkin Hacıbəyli və... bu kimi əxlaqsız və satqınlar sosial şəbəkələrdə mitinq çağırışları etməklə, xalqın nifrətini birə on qat artırırlar.

Siyavuş Novruzov: 'Müxalifət, sosial bazası olmadığına görə, mitinq keçirə bilmir»

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycanda müxalifətin mitinq keçirməməsinin səbəbi sosial baza və elektoratlarının olmamasıdır. Mitinq keçirilməsi üçün şəhərin mərkəzində yer ayrılır, amma müxalifət aksiya keçirə bilmir: "Mitinq keçirilməsi üçün ayrılan yer əhalinin sıx yaşadığı məkandır. Bütün bunlara baxmayaraq, mitinqdə iştirak edən olmur. Yəni sosial baza yoxdur, ona görə də, müxtəlif bəhanələr gətirirlər".
S.Novruzov onu da qeyd edib ki, hakimiyyət aksiyada iştirak edənlərə heç bir təzyiq göstərmir: "Azərbaycanda sərbəst toplaşmaq azadlığı tam təmin olunur. Müxalifətin sosial bazası olmadığına görə, bu cür bəhanələr gətirirlər. Mitinq keçirmək istəyənlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir. İcra hakimiyyəti də müvafiq yer ayırır. Bakı Şəhər Baş Polis İdarəsi də onların təhlükəsizliyini təmin edir".
S.Novruzov onu da bildirib ki, Yeni Azərbaycan Partiyasının mənzil qərargahında, YAP İcra Katibliyi də daxil olmaqla, Bakı və Abşeron üzrə rayon təşkilatlarının nümayəndələri, Milli Məclisin deputatlarının iştirak etdiyi növbəti qanvermə aksiyasında iştirak etdiyini, ancaq müxalifətin çirkin əməllərlə məşğul olduğunu bildirib: "Müxalifət nə ağac əkir, nə də qan verir. Onların addımları yalnız söyüş və təhqirdən ibarətdir. Mən həmin siyasi təşkilatları da qanvermə aksiyasında iştirak etməyə dəvət edirəm. Gəlsinlər, qan versinlər".

Xarici qaranlıq dairələrə nökərçilik edərək, üzərlərinə "beşinci kolon" damğası vurduranlar gec, ya tez, siyasi arenadan silinəcəklər

Əslində, müxalifət bu çağırışa layiq olmadığını yaxşı bilir. Çünki dağıdıcı müxalifətin uğursuzluq sindromlarının özəyini təşkil edən əsas amil partiyaların iqtidarın apardığı siyasətin mahiyyətini anlamaq gücündə olmamalarıdır. Hakimiyyətin apardığı uğurlu daxili və xarici siyasətin məntiqi nəticələri ortada ola-ola, xalqın böyük kəsiminin, məhz iqtidara dəstək verməsi faktorunun mövcudluğu dəfələrlə sübut olunduğu halda, müxalifətin inkarçılıq mövqeyindən çıxış etməsi "liderlər»in əsas zəifliklərinin bariz göstəricisi kimi də qiymətləndirilə bilər. Sadəcə, faktlara diqqət yetirək və həmin faktlardan nəticə çıxaraq. Misal üçün, idman, mədəniyyət, iqtisadiyyat və sair sahələrdə Azərbaycan iqtidarının keçirdiyi bütün mühüm tədbirlər dərhal sosial şəbəkədə oturub, "müxalifətçilik" edənlər tərəfindən hədəfə alınır və müxtəlif xarici təşiklatların verdikləri sifariş xarakterli təlimatlar icra olunur. Azərbaycan hakimiyyətinin əldə etdiyi uğurların reallığıdır ki, xaricdə fəaliyyət göstərən erməni lobbiləri və onların buyruq qulları həmin reallıqdan qorxur və çəkinirlər. Bu səbəbdən də, "beşinci kolon" amili ortaya çıxır. Daha dəqiq desək, xarici anti-Azərbaycan dairələr hakimiyyətin siyasi gücünü bilir və dərk edirlər. Ona görə də, bəlli məsələlər ətrafında var-gəl edərək, ölkəmizin siyasi-ictimai həyatına müdaxilələr etməyə cəhdlər göstərirlər. Biz, bunu istər seçkilərdə, istər referendumlarda, istərsə də digər mühüm hadisələr ərəfəsində dəfələrlə müşahidə etmişik. Ancaq söz yox ki, dağıdıcı təfəkkürlü müxalifətin hakimiyyətdə yalnız minus axtarması, onların özlərinə kifayət qədər zərbələr vurur.
Digər bir məqam isə, son günlər dövlətin apadığı uğurlu sosial islahatlara gölgə salmaq üçün mitinq çağırışları etməklə, "birliyə" çağırır. Həyasızlığın dərəcəsinə bax ki, yarandıqları gündən öz aralarında "birlik" deyilən məfhumdan uzaq olan satqınlar bir-birilərinin ayağından dartır. Məsələn, AXCP-"Milli Şura" cütlüyü mitinq keçirir, Müsavat və s. partiyalar onlara gülür, istehza edir və elektorat toplaya bilmədiklərini misal çəkirlər. Eləcə də, müsavatçılar və s. radikal müxalifət partiyaları eyni addımı atanda, cəbhəçilər eyni mövqedən çıxış edərək, özlərini onlardan üstün tuturlar.
Görünən budur ki, belə müxalifətin fəsildən-fəsilə üzə çıxması və guya siyasət yürütməsi hər ötən ilin təkrarı olacaq. Ona görə də, xarici qaranlıq dairələrə nökərçilik edərək, üzərlərinə "beşinci kolon" damğası vurduranlar gec, ya tez, siyasi arenadan silinəcəklər. İstəsələr də, istəməsələr də, xalq onları qəbul etmir və onlar özləri də özlərini xalqdan təcrid ediblər. Belə olan halda isə, artıq uzun müddətdir ki, verilən proqnozlar öz nəticələrini tapacaq.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə