Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi Bakı şəhərində keçiriləcək
1-3 iyul 2011-ci ildə Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi Bakı şəhərində keçiriləcək. SİA-nın xəbərinə görə, türk dünyası Riyaziyyat Cəmiyyəti (TDRC) (Turkish World Mathematical Society (TWMS)) əsası 1999-cu ildə Türkiyənin Elazığ şəhərində qoyulmuş beynəlxalq təşkilatdır. Cəmiyyət öz sıralarında türkdilli ölkələr olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanla yanaşı, Rusiya, Çin, ABŞ, Fransa, İsveç və digər ölkələrdən riyaziyyatçı alimləri də birləşdirir. Təşkilatın məqsədi türk əsilli alimlərin bütün dünya üzrə inteqrasiyasına nail olmaq, onların qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin qurulmasına və möhkəmlənməsinə yardım etmək, yeni elmi nəticələrin ölkələrimizin iqtisadiyyatının inkişafına yönəltmək, eyni zamanda türk soylu alimlərin dünya miqyasında tanıdılmasına dəstək verməkdir.
Təhsil Nazirliyi və AMEA-nın birgə qərarı ilə konqresin təşkili və keçirilməsi üçün Təşkilat Komitəsi, Beynəlxalq Proqram Komitəsi, Məsləhət Şurası və İşçi qrupu yaradılıb.
Tərkibinə müxtəlif ölkələrin nümayəndələrinin daxil edildiyi 27 nəfərdən ibarət Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, sədr müavini AMEA-nın həqiqi üzvü, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi Akif Hacıyevdir. Türk dünyası Riyaziyyat Cəmiyyəti IV konqresinin Beynəlxalq Proqram Komitəsinin sədri akademik Fikrət Əliyev və Məsləhət Şurasının sədri isə türkiyəli alim Hilmi Hacısalıoğludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB