Umud Rəhimoğlu: “İşğalçı cəzasız qala bilməz ” RƏY-ÖZƏL

Umud Rəhimoğlu: “İşğalçı cəzasız qala bilməz ” RƏY-ÖZƏL

“Uzun illərdir ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində müxtəlif vaxtlarda, müxtəlif “tədbirlər”, “seçkilər”, “referendumlar” keçirilib”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu deyib. Onun sözlərinə görə, növbəti bir oyunun – sentyabrın 8-də işğal altındakı Dağlıq Qarabağın yerli orqanlarına seçkilərin keçirilməsi qəsbikar Ermənistanın növbəti məkrli planlarının tərkib hissəsidir: “Bu seçkilərin heç bir hüquqi əsası yoxdur və ola da bilməz. Çünki, dünya birliyi, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi 4 qətnaməsi ilə Ermənistanın işğalçı olduğunu və Azərbaycan torpaqlarını işğal etdiyini təsdiq edib. İşğalçı cəzasız qala bilməz. Buna görə, dünya birliyi Ermənistana qarşı siyasi, iqtisadi sanksiyalar tətbiq etməklə, qəsbikara öz yerini göstərməli, Azərbaycanın torpaqlarının boşaldılmasına məcbur etməlidir. Əks təqdirdə, işğalçı həyasız əməllərini və fəaliyyətini genişləndirə bilər. Bu halda Azərbaycan sərt tədbirlər görməli olacaq, necə ki, 2016-cı il aprel zəfərini Ermənistana göstərməklə, qısa zamanda böyük ərazilərimizi işğaldan azad etdi”.
GÜLYANƏ

sia.az

Bütün xəbərlər Facebook səhifəmizdə