Azər Badamov: “Bu seçkini ermənilərdən başqa heç kim də tanımır və tanıya bilməz ” RƏY-ÖZƏL
“İşğal altındakı Azərbaycan torpaqlarında keçirilən hər hansı bir seçki, o cümlədən sentyabrın 8-də keçirilmiş bələdiyyə seçkisinin heç bir hüquqi əsası yoxdur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, bu seçkini ermənilərdən başqa heç kim də tanımır və tanıya bilməz: “Çünki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və dünya da oranı Azərbaycanın ərazisi kimi rəsmən tanıyır. Bütün bunlarla yanaşı orada bələdiyyə seçkilərin keçirilməsi münaqişənin sülh yolu ilə həll olunmasına bir əngəldir. Son vaxtlar Paşinyanın sərsəm bəyanatları və indi də seçkilərin keçirilməsi ümumilikdə danışıqlar prosesini qüvvədən salır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ermənilərin özbaşınalıqlarını susqunluqla qarşılamasını isə ikili standartların nəticəsi hesab edirəm. Bütün bunlardan sonra Minsk Qrupun həmsədrləri hansı üzlə regiona səfərlər edəcəyini və danışıqlar barəsində danışacaqlarını anlamıram. Düşünürəm ki, biz hər zaman Ali Baş Komandanın əmrini gözləməliyik və buna hazır olmalıyıq”.
GÜLYANƏ
sia.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB