Mövlud Çavuşoğlu: "Ermənistandan başqa heç kim Qarabağ üzrə Alt Komitənin yaradılmasına qarşı deyil"
"Ermənistandan başqa heç kim Qarabağ üzrə Alt Komitənin yaradılmasına qarşı deyil. Dağlıq Qarabağ üzrə Alt komitə mənim təşəbbüsümlə yaradılmayıb. Bu struktur əvvəl də fəaliyyət göstərib". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu açıqlamasında deyib.
Onun sözlərinə görə, ermənilər bu alt komitənin bərpasını Türkiyədə hazırlanmış ssenari olduğunu hesab edirlər: "Komitənin tərkibinə nəzər yetirin. Burada bir türk yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB