Səməd Seyidov: “AŞPA-nın payız sessiyası bizim üçün çox vacib və əhəmiyyətlidir”
AŞPA-nın payız sessiyası bizim üçün çox vacib və əhəmiyyətlidir. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Onun sözlərinə görə, aprel sessiyasında Azərbaycanla bağlı Böyük Parlament assambleyasında məsələlər olmasa belə, komitə və siyasi partiyalarda müzakirələr aparılacaq. Ən əsas məsələ isə Dağlıq Qarbağla bağlı Alt komitənin işinin təşkili olacaq: "Biz bunu müzakirə edəcəyik. Azərbaycan nümayəndə heyəti olaraq bu Alt Komitənin işində çox yüksək səviyyədə işləməyə hazırlaşırıq və əminəm ki, bu komitənin fəaliyyəti münaqişənin həlli istiqamətində öz töhfəsini verəcək".
Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin Dağlıq Qarabağla bağlı komitənin fəaliyyəti ilə bağlı etirazlarına gəlincə Səməd Seyidov: "Həm mətbuatda, həm erməni tərəfinin bu komitənin işinə əngəllər yaratmaq istəyi təbii haldır. Biz bilirik ki, Ermənistan həmişə çalışır ki, münaqişənin konstruktiv həllinə əngəllər yaratsın. Burada Avropa Şurası da heç də istisna deyil. Həm komitənin işinə, həm də 2005-ci ildə qurumda qəbul olunan qanunların yerinə yetirmir. Erməni tərəfi həmişə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmaması istiqamətində can atır. Təbii onlar çalışacaq ki, hansısa əngəllər yaratsınlar. Ancaq bizdə kifayət qədər hazırıq ki, öz mövqeyimizi ortaya qoyaq və bu komitənin işini yüksək səviyyədə təşkil edək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB