Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun prezidenti ilə görüşüb
Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan ilə görüşüb.
SİA Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Forumun qarşıdan gələn tədbirləri haqqında məlumat verən Taha Ayhan təmsil etdiyi təşkilatın Azərbaycanla mövcud olan sıx əlaqə və təmaslarının bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov İƏT Gənclər Forumunun fəaliyyətindən məmnunluğunu qeyd edərək təşkilatın gələcək işində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə İƏT Gənclər Forumu arasında əməkdaşlığın genişləndirilməsi yolları, eləcə də Forumun beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB