Ermənistanda yeni iğtişaş dalğası qorxusu

Ermənistanda yeni iğtişaş dalğası qorxusu

Ermənistan Ədliyyə Nazirliyi həbsxanalarda gözlənilən iğtişaşlara hazırlaşır. SİA Ermənistana məxsus rusarminfo.ru aytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın "qanuni oğruları" yeni qanuna qarşıdırlar.

Məlumata görə Ermənistan həbsxanalarında üsyan təzahürləri qeydə alınır. Ədliyyə Nazirliyi isə tədbirlər görür və vəziyyətlə əlaqədar hərəkət etməyə hazırlaşır.

Məlumatda həmçinin qeyd olunur ki, Ədliyyə Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə həbsxanalarda hal-hazırda vəziyyət nazirliyin nəzarətindədir. Nazirlik, həmçinin vurğulayıb ki, mümkün hadisələr olarsa, nazir öz səlahiyyətləri çərçivəsində və Penitensiar Xidmətdə vəziyyətə görə qanun çərçivəsində tədbirlər görəcək.
Daha əvvəl də erməni mediası gərgin vəziyyətin səbəbinin, hökumətin 29 avqustda “qanuni oğru” barədə qanunun olması bildirilib. Ermənistan mediasının verdiyi məlumata görə, iğtişaşlar Nubaraşen Cəzaçəkmə Müəssisəsində, daha sonra Hrazdan Cəzaçəkmə Müəssisəsində başlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə