"Paşinyan irəli sürdüyü siyasi məqsədlərin heç birinə çata bilmədi” ÖZƏL-MÜNASİBƏT

"Paşinyan irəli sürdüyü siyasi məqsədlərin heç birinə çata bilmədi” ÖZƏL-MÜNASİBƏT

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəlmək üçün irəli sürdüyü siyasi məqsədlərin heç birinə çata bilmədi”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, bu siyasi məqsədlər içərisində ilk növbədə ölkədə iqtisadiyyatın canlanması, sosial problemlərin həll olunması, əhalinin güzəranının yaxşılaşdırılması kimi məsələlər dayanırdı ki, bunların heç birini real siyasi poseslərlə üzləşəndə edə bilməyəcəyini başa düşdü: “Bundan sonra aldadıcı siyasi ritorika ilə Ermənistanın daxili siyasi proseslərini nəzarət altında saxlamağa çalışır. Şübhəsiz ki, bunun üçün də ən münasib siyasi spekulyasiya kartı Dağlıq Qarabağ problemini aktuallaşdıraraq yenidən Ermənistanın daxili siyasi auditoriyasına tətbiq etməklə 1990-cı illərin əvvəllərindəki siyasi əhval-ruhiyyəni yenidən cəmiyyətə qaytarmaqdır. Paşinyan avqust ayının 5-də Xankəndinə səfər edərkən “miatsum” sözünü yenidən işlətməklə artıq 1990-cı illərin əvvəllərindəki və 1980-ci illərin sonundakı əhval-ruhiyyəni yenidən cəmiyyətə qaytarılması ilə öz siyasi gələcəyini xilas etmək niyyətini ortaya qoymuş oldu. Əslində vəziyyət bundan ibarətdir. Ona görə də Ermənistan cəmiyyətindəki ayrı-ayrı qruplar get-gedə daha da radikallaşırlar. Çünki onlara vəd olunan məqsədlərin realizə olunmasını tələb edirlər. Əgər bir il müddətində o öz reytinqini bu cür sürətlə itirdisə, şübhəsiz növbəti bir ildə onun hakimiyyətinin ömrünün bitməsi istiqamətində proqnozlar irəli sürmək olar. Amma heç şübhəsiz ki, Paşinyan bunu istəmirsə Azərbaycanla münasibətləri normalaşdırmağa çalışmalıdır ki, Ermənistan iqtisadi blokadadan çıxsın, regional layihələrə qoşulsun, iqtisadi-sosial və siyasi kommunikasiyalar bərpa olunsun. Bunun da yeganə yolu Azərbaycan torpaqlarının işğaldan azad olunmasında keçir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə