Elxan Şahinoğlu: “Ermənistan hakimiyyətinə bir başqası gələrsə bu Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər” RƏY-ÖZƏL

Elxan Şahinoğlu: “Ermənistan hakimiyyətinə bir başqası gələrsə bu Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər” RƏY-ÖZƏL

“Ermənistanda hakimiyyət dəyişikliyi və Paşinyanın da inqilab yolu ilə hakimiyyətə gəlişi onu göstərir ki, Ermənistanda çox təəssüf ki, hansı hakimiyyət olursa olsun Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir addım atmır”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Paşinyana müəyyən ümidlər var idi ki, bəlkə bu müsbət mənada eks prezidentlərdən fərqlənə, amma fərqlənmədi, əksinə indi deyir ki, Qarabağ Ermənistanın ərazisidir: “Bir sözlə, Ermənistanda hakimiyyət dəyişikliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə çox təəssüf ki, müsbət təsir etməyəcək. Doğrudur Paşinyanın mövqeləri zəifləyir, ona qarşı təzyiqlər artır, Qarabağ klanı da bu aylarda güclənə bilər, çünki Paşinyan verdiyi vədləri artıq yerinə yetirməkdə çətinlik çəkir, üstəgəldə küçə mitinqlərinin sayı artır və Rusiya münasibətdə müəyyən problemlər yaşanır, bütün bunları topladıqda bəli mümkündür ki, gələn il Ermənistanda hansısa bir hakimiyyət dəyişikliyi baş versin, yenə də inqilab yolu ilə ola bilsin. Amma bu o demək deyil ki, Ermənistan hakimiyyətinə bir başqası gələrsə bu Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə