İlqar Məmmədovla Sevinc Osmanqızı arasında növbəti söz savaşı

İlqar Məmmədovla Sevinc Osmanqızı arasında növbəti söz savaşı

Kor-kora kor deməsə, bağrı çatlar

Son günlər AXCP ilə "REAL" arasında baş verən intriqalar getdikcə kəskinləşməkdədir. "REAL"-ın sədri İlqar Məmmədov bu intiriqanın sonuna qədər gedərək, yeni faktlar üzə çıxaracağını deyib. Bu günlərdə İ.Məmmədov son statusunda isə Ə.Kərimlinin ingilisdilli əyalət tribunası və təbliğatçısı olan Sevinc Osmanqızına, eləcə də, sözügedən partiya ilə bağlı digər faktlara aydınlıq gətirib. Partiya sədri statusunda yazır ki, "İlhamsevərlər klubu"nun üzvləri Natiq Cəfərlini birinci dəfə hədəfə alıb qaralamaq cəhdi etmirlər. Belə hallar çox olub: "Mən həbsdən çıxandan dərhal sonra Sevinc Osmanqızı zəng vurub "xəbərçi"liyi birinci etdi və Natiq Cəfərli barədə bildiridi ki, guya N.Cəfərli iqtidara işləyir. Natiqə heç nə demədim, mövzunu dibinə kimi araşdırdım. Saxta və boş bir ittiham idi. Fikirləşdim ki, Sevinc xanım, sadəcə, səhv edib. Sonra gördüm ki, S.Osmanqızı bir partiyanın mətbuat katibi imiş. Əməkdaşlığı kəsdim, çünki mənim bir partiya sədrinə deməyə sözüm varsa, birbaşa özünə deyərəm, mətbuat xidmətinə yox".

İngilisdilli əyalət tribunasından hələ çox mətləblər üzə çıxacaq

Bəli, bu ingilisdilli əyalət tribunası olan satqın və əxlaqsız S.Osmanqızından çox faktlar üzə çıxacaq. Bu, o S.Osmanqızıdır ki, əxlaqsız və satqın Ə.Kərimlinin cinayətkarlara cinayət əməlinə görə dəstək olaraq ənənəvi "siyasi məhbus" məsələsini gündəmə gətirməklə bundan dividend götürməyə nail olmaq üçün S.Osmanqızı da, öz növbəsində, məkrli ssenarilərini işə salıb. "Siyasi məhbus" məsələsini özləri üçün biznes sahəsinə çevirən, varlanmaq, qrant almaq ehtirası ilə yanan, eyni zamanda, dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəyən, özlərindən "demokratik" obraz yaratmağa cəhd edən bu mənafe qruplarının növbəti addımları onların qaragüruhçu xislətini bir daha göstərdi. Görünən budur ki, xarici təxribatçı, ermənipərəst dairələrin dəstəyi ilə bu mövzunu ortaya atmaqla destruktiv, antimilli fəaliyyətlərini artırmaq üçün babat qrant alıblar. Bu isə, bir daha...

"Soros"un mənəvi qızı Sevinc Osmanqızının mənəviyyatsızlığını təsdiqləyən faktordur

Bəli, "Soros"un mənəvi qızı sayılan S.Osmanqızının hazırda irəli verilməsi, bu siyasi oyunun mahiyyətini çılpaqlığı ilə ortaya qoymaqla, bir daha onun mənəviyyatsız və əxlaqsız olduğunu sübut edir. S.Osmanqızı aşırı qədər satqındır ki, Ə.Kərimlinin yanındadır. S.Osmanqızı, o S.Osmanqızıdır ki, hətta "20 Yanvar", 20 noyabr, Xocalı və xalqımızın başına gətirilən digər faciələrdə olanları bilmək haqqımız və borcumuz deyil" deyir. S.Osmanqızını nə qədər vəhşi, faşist adlandırsaq da, ondan da ağır bir söz axtarışına çıxdım. Tapdığım söz insan yox, İBLİS oldu. Bəli, S.Osmanqızı iblisdir. Çünki hətta "Sarkisyan belə, etiraf edir ki, Xocalıda insanları bilə-bilə qırıblar"- deyirsə, bu iblis və onun kimilər - Orduxanlar, Fəxrəddinlər, Vidadilər, Yunuslar, Xədicələr və sırası, mənşəyi çürük bu erməni təəssübkeşləri bunu anlamır. Çünki bu qərəzli, üfunət dolu, idbar, anti-Azərbaycan, yalnız qara-qura ilə məşğul olan bu iblis xislətlilərin hamısı AXCP sədri Ə.Kərimlinin törəmələridir. Və Avropada oturub, gecə-gündüz, Azərbaycan əleyhinə aksiyalar təşkil etməklə, hökumətin əleyhinə fikirlər söyləməklə daha çox qrant almaq davası aparmaqdadır.

Ermənidən betər əxlaqsızın söyüş ritorikası

Əxlaqsız deyəndə, başlayırlar ki, heç qadın da qadına belə söz deyər? Bəli, qadın! S.Osmanqızı, Leyla Yunus, Xədicə İsmayıl, Gültəkin Hacıbəyli və... Ə.Kərimli kimi tərbiyəsiz və əxlaqsızın törəmələrinə yox! Azərbaycan dövlətinə qarşı ermənilərdən də betər düşmənçilik mövqeyi sərgiləyən ələ alınmış belə əxlaqsızların mənəviyyatını tamailə qrantlara satana yox! S.Osmanqızının casusluq fəaliyyəti özlərini "siyasi mühacir" adlandıran Orduxanlı, Vidadi İsgəndərli, Qurban Məmmdli və ... kimi ələ alınmışları daha çox söyüş söyməyə, dövlətimizin əleyhinə kəskin çıxışlar etməyə çağırışları, hər gün bu adamları qorxudaraq "sizlər susmamalısınız, daha çox söyüş söyməlisiniz, izləyiçilərinizin sayını artırmalısınız" deməsi, bir daha onun qadın yox, ermənidən betər erməni olduğunu sübut edir. Elə bu gün bütün ailə ondan imtina edir.
Bax, bu yerdə "Qəribi ağlamaq tutur". Hansı həqiqətdən danışırsan, ay qibləsini tanımayan Sevinc Osmanqızı? Ə.Kərimlinin planına əsasən, son günlər Azərbaycandakı islahatları tamamilə fərqli şəkildə dünyaya çatdırmaq istəyən S.Osmanqızıdır ki, onların qibləsi ABŞ-dır.
Beləliklə, istər İ.Məmmədov, istərsə də S.Osmanqızı bir bezin qırağıdır. Kor-kora kor deməsə, bağrı çatlar. Və bu oyun biabırçılıqdır. Viktor Hüqonun gözəl bir sözü var: "Vətənini rüsvay etmək ona xəyanət etmək deməkdir".
Buyurun, görək "xəyanət yarışında" kim özünün mahiyyətini daha çox ortaya qoyacaq. Çünki illər uzunu müstəqil Azərbaycana qarşı hazırlanan planlarının icrası daim fiaskoya uğrayır. İstəklərinin əksinə olaraq, Azərbaycan daha qüdrətli dövlətə çevrilir, günü-gündən inkişaf edir, təkcə mövcud olduğu regionda yox, onun hüdudlarından kənarda belə böyük nüfuz sahibi kimi çıxış edir.
Azərbaycanın qazandığı uğurların miqyası artdıqca, antiazərbaycançı şəbəkənin qəddi daha çox əyilir, müvəffəqiyyətsizliyindən doğan əsəbi daha çox tarıma çəkilir.
Azərbaycana nifrət edən bu əxlaqsızların əsl üzü budur - "Vətən üçün pis olan, mənə faydalıdır". Onlar şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün mənəvi nöqteyi-nəzərdən xəyanətkardan və fəraridən başqa bir şey deyil.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə