"Gəlir və çıxarlar müəyyənləşməlidir" ÖZƏL-MÜNASİBƏT

"Gəlir və çıxarlar müəyyənləşməlidir" ÖZƏL-MÜNASİBƏT

"Bu yaxınlarda Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov uşaqlar üçün verilən müavinətin bərpası məsələsi ilə bağlı açıqlama vermişdi. Təbii ki, uşaqlar üçün verilən müavinətin bərpası məsələsi arzu olaraq qalmaqdadır". Bunu SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

"Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev artıq ikinci sosial paketi təqdim edib. Ölkə başçısının siyasətinin ana xəttini insanların sosial rifah halının yaxşılaşdırılması təşkil edir. Təbii ki, bu da insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü ardıcıl və silsilə tədbirlərdir. Bu sosial paket uşaqları, anaları, yaşlıları, ahılları, digər kateqoriyadan olan əlilləri, Qarabağ müharibəsi veteranlarını və s. hamısını əhatə edib. Yəqinki uşaqlar üçün verilən müavinətin bərpası məsələsi də cənab Prezidentin sosial paketlərinin içərisində öz həllini tapacaqdır. Amma dövlətimiz burada öz gəlirlərini və çıxarlarını müəyyənləşdirməlidir. Bu il ərzində dövlət minimum əmək haqqının və minimum pensiya məbləğinin kəskin artımına gedib. Bu isə dövlətin əhalinin maddi rifahının yüksəlməsi üçün daha böyük sosial yük götürdüyünü və məsələləri köklü şəkildə həll etmək niyyətini nümayiş etdirir"-deyə, İ.Məmmədov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə