Lənkəran meşələrində və Hirkan Milli Parkında yoxlama aparılır

Lənkəran meşələrində və Hirkan Milli Parkında yoxlama aparılır

Lənkəran rayonunun meşələrində və Hirkan Milli Parkının ərazisində ağacların qırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş siqnal əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən geniş yoxlama aparılır.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yoxlamanın ilkin nəticələrinə görə Hirkan Milli Parkının Seyfidor meşəçiliyinin 34 saylı dolayında Lənkəran rayon sakini Anar Mirzəyev tərəfindən üç ədəd 2,58 m3 həcmində fısdıq ağacının kəsildiyi müəyyən olunmuş və həmin şəxs 200 manat məbləğində inzibati qaydada cərimə edilib.

Qeyd olunan faktla bağlı Hirkan Milli Parkının yegeri Pənah Nuriyev tutduğu vəzifədən azad olunub.

Ərazidə aparılan yoxlamalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə