"Paşinyanda şezofrineya elementləri var" ÖZƏL-MÜNASİBƏT

"Paşinyanda şezofrineya elementləri var" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə Ermənistanın baş naziri Nikol Paşinyan bölgədəki, dünyadakı siyasi reallıqları düzgün qavraya bilmir. O hələ də elə bilir ki, erməni həyasızlığı yolu ilə nələrisə dünya ictimai rəyinə qəbul etdirmək olar". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

"Əgər Ermənistanın keçmiş prezidentləri Robert Köçaryan, Serj Sarkisyan belə sözləri demirdisə, artıq bunu Paşinyan deyir. Paşinyan bu sözləri deməklə bir tərəfdən aşağı səviyyəli insanların rəğbətini qazanmağa çalışır, digər tərəfdən də beynəlxalq ictimai rəyə həyasızcasına təzyiq göstərir. Təbii ki, burada şezofrineya elementləri də var. Yəni həyasızlığın özü elə şezofrineyanın, manyaklığın bir formasıfır. Bu əgər normal insan olsa reallıqlara əsaslanaraq Dağlıq Qarabağın müstəqilliyi deyilən anlayışı yaxınına buraxmır və Azərbaycanın ərazi bütövlüyü məsələsində də mövqeyini dəyişmir. Dünya siyasətçiləri Paşinyanın bu hərəkətini beynəlxalq sülhə, münasibətlərə zərbə kimi qiymətləndirirlər"-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə