Bildiyiniz kimi "İRƏLİ" İctimai Birliyinin Təlim Mərkəzi xaricdə təhsil, təbiət elmləri və psixologiya mövzusunda gənclərə təlimlər keçib. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadənin SİA-ya verdiyi xəbərə görə, 19 Fevral 2011-ci il tarixində "İRƏLİ" İctimai Birliyinin ofisində bu mövzular üzrə 150 nəfər gəncə təlimlər keçirilib.
İlk təlim saat 12:00-da "Xaricdə təhsilə ilk addımlar" mövzusunda olub. Təlimi "ASAIF" İctimai Birliyinin (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) baş katibi Mikayıl Yusifov aparıb. Təlim təhsilini xaricdə davam etdirmək və başlamaq istəyən gənclərə dəstək olmaq məqsədilə keçirilib.
Qeyd edək ki, "Xaricdə təhsilə ilk addımlar" mövzusunda təlimlər davamlı olacaqdır. Digər təlim saat 14:00-da "Mavi planet Yer kürəsi və ekoloji sfera" mövzusunda keçirilib. Təlimi mövzu üzrə təlimçi Rövşən Əkbərov aparıb. Təlim təbiət elmləri, fəlsəfə və sosial elmlərin qarşılıqlı əlaqəsi, biomüxtəlifliyin yaranma səbəbləri və digər mövzuları əhatə edib. Adı çəkilən təlim növbəti həftələrdə də keçiriləcəkdir.
Ümumilikdə gənclər tərəfindən böyük maraqla qarşılanmış təlimlərin davamlı olmağı planlaşdırılır. "İRƏLİ" İctimai Birliyinin Təlim Mərkəzi gənclərin çoxsaylı xahişlərini nəzərə alaraq bu və digər mövzularda təlimləri davam edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB