Atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub

Atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 20-də saat 15.10-dan 15.15-dək və 22.05-dən 22.25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 15.00-dan 15.05-dək, 21.10-dan 21.15-dək, 22.05-dən 22.15-dək, 22.20-dən 22.35-dək, 23.20-dən 23.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, atəşkəsin pozulması nəticəsində əsgər Hüseynov Tural Murad oğlu (1990 Neftçala RHK 10.2009) şəhid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə