Avropa İttifaqına üzv dövlətlər ermənilərin deportasiyasını artırıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “168 Jam” qəzetində yazı dərc edilib.
Qəzetə məlum olduğu kimi, miqrasiya siyasətinin sərtləşdirilməsi çərçivəsində, Avropa İttifaqının üzvü olan ölkələr Ermənistan vətəndaşlarının məcburi köçmələrini gücləndirib. Məlumata görə, ittifaqa üzv ölkələrdə bir çox ölkədən siyasi sığınacaq almış vətəndaşların da geri qaytarılmasını tələb edən üçüncü çarter reysi də təşkil edilib. Köçürülmədə iştirakçı ölkələr, Avropa İttifaqı və Ermənistan arasında giriş və yaşayış qaydalarını pozan ermənilərin müəyyənləşdirilməsi və readmissiyası üçün xüsusi tədbirləri nəzərdə tutan Readmissiya Sazişinə də istinad edirlər.
168 Jam xidmətinin nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib ki, köçürülən bir çox erməninin stres vəziyyətində olması səbəbindən Miqrasiya Xidməti, bu insanlara kömək üçün təcili yardım proqramı hazırlamaq üçün xüsusi bir dəstək mərkəzi də yaradıb. Qeyd edək ki, müvəqqəti məskunlaşma (ən azı bir ay) və işlə təmin olunma məsələsi yeni yaradılan agentliyin əsas problemlərindən hesab olunur.
Bir miqrasiya məmuru qəzetə bildirib ki, sərt miqrasiya siyasəti hətta sığınacaq axtaran və təxirəsalınmaz tibbi yardım ümidində olan ağır xərçəng xəstələrini də nəzərə almır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB