Prezident İlham Əliyev AZMDF zavodunun açılışında iştirak edib

Prezident İlham Əliyev AZMDF zavodunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Abşeron rayonu ərazisində inşa olunmuş AZMDF zavodunun açılışında iştirak edib. SİA-nın xəbərinə görə, müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni basdı, istehsal prosesini izlədi, zavodun fəaliyyətindən bəhs edən filmə baxdı. Dövlətimizin başçısına məlumat verildi ki, indiyədək dünyanın müxtəlif ölkələrindən idxal edilən MDF - mebel materialları artıq Azərbaycanda ən yüksək keyfiyyətlə istehsal olunacaqdır.

Bildirildi ki, 2006-cı ildə özəl investisiyalar əsasında yaradılmış AZMDF şirkətinin inşa etdirdiyi zavodda müasir texnika və avadanlıq quraşdırılmışdır. Bu avadanlıq Almaniyanın "Siemens" və Yaponiyanın "Mitsubishi" şirkətlərinin idarəetmə proqramları ilə təmin olunmuşdur. Zavodda 500 nəfər işçinin çalışacağı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə