Cəsarətsiz Ermənistan hakimiyyətin iqtisadi artımdam məhrumdur
Davamlı iqtisadi artım hədəflərinə çatmağa Ermənistan hakimiyyəti nin cəsarəti çatmır. Lakin, davamlı iqtisadi böyüməni təmin etmək üçün sistematik dəyişikliklərə, Ermənistan hakimiyyətinin həyata keçirməyə cəsarət etmədiyi köklü islahatlara başlamaq tələb olunur. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Çiçəklənən Ermənistan partiyasından olan bir müxalifətçi millət vəkili hazırkı hökumətin yürütdüyü iqtisadi siyasətə münasibət bildirərkən deyib.
Tert.am-a verdiyi müsahibədə Sergey Baqratyan radikal vergi islahatlarının və iqtisadi siyasətə doğru addımların vacibliyini vurğulayıb.
“İqtisadi siyasət üçün yeni platformaların meydana gəlməsi təmin eedilməsə, iqtisadi inkişafda bir sıçrayış və ya ikirəqəmli iqtisadi artım gözləmək olmaz. Buna görə iqtisadi platforma yaratmaq üçün, iqtisadiyyatın bütün sahələrinin liberallaşdırılmasını və azad rəqabəti təmin etmək üçün ölkənin qanunvericilik dəyişikliklərinə ehtiyacı var. Real iqtisadi artımı təmin etmək imkanına gəldikdə isə, hakimiyyətin diqqətinin bir istiqamətə yönəldilməsi, mənasızdır. Həqiqi addımlar atılmasa, bu nəticə verməyəcək ", deyə Sergey Baqratyan bildirib.
Baqratyan, mövcud ehtiyatlanmaları və qorxuları gözlənilən inkişafın təmin edilməsi ilə bağlı müəyyən bir qeyri-müəyyənliklə izah edib.
“Siyasi inqilabın aparıcısı olan hakimiyyət, iqtisadi sektorda müəyyən qorxu və narahatlıq yaşayır. Çünki istənilən siyasi dəyişiklik zəruri iqtisadi inkişafı təmin edə bilmirsə, dönüş nöqtəsi ola bilər. İnqilabdan sonra Ermənistan vətəndaşlarının praktik olaraq gözlədikləri rifah halının yaxşılaşması, iqtisadi inkişaf və s. kimi arzuları həyata keçirməyə borcludurlar. Ancaq bunun üçün kifayət qədər siyasi dəyişiklik yoxdur. İqtisadiyyatda mövcud olan mənbələri dəyişdirmək üçün vasitələrdən istifadə etmək vacibdir, çünki eyni maraqlı tərəflər və eyni oyun qaydaları ilə iqtisadi inkişaf mümkün deyil ", deyə müxalifətçi millət vəkili Baqtaryan fikrini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB