Emin Həsənli: “Xarici dairələr Əli Kərimli kimi satqın və xəyanətkardan istifadə edir” RƏY-ÖZƏL

Emin Həsənli: “Xarici dairələr Əli Kərimli kimi satqın və xəyanətkardan istifadə edir” RƏY-ÖZƏL

“Müxalifət liderlərinin konkret işləri-peşələri olmadıqları üçün bundan xarici maraqlı dairələr istifadə edirlər”. Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, xüsusi ilə də, AXCP sədri Əli Kərimli məkrli dairələrin əlaltısı rolunda çıxış edir: “Onun təxribat xarakterli açıqlamaları da xaricdən verilən sifarişlərdən qaynaqlanır. Son vaxtlar isə Ə.Kərimli sosial şəbəkələr vasitəsi ilə pozucu niyyətli açıqlamalarının seriyasını genişləndirib. Bu da xaricdən verilən təlimatla bağlıdır. Bu cür fəaliyyəti ilə Ə.Kərimli və onun havadarlarının məqsədi Azərbaycanda qarşıdurma yaratmaqdan, ölkəni xaosa sürükləməkdən, ölkəmizin bu gün ən dəyərli neməti olan stabilliyi pozmaqdan ibarətdir. Bu gün xaricdə Azərbaycanın əldə etdiyi uğurlara paxıllıq edən qüvvələr var və həmin qüvvələr hər vəchlə uğurlara kölgə salmağa çalışırlar. Yəni müxalifət bu gün reallığı özündə əks etdirməyən məsələləri şişirtmək istəyir. Lakin bu da onlarda alınmır. Çünki müxalifətin cəmiyyətdə heç bir çəkisi və nüfuzu yoxdur. Yenə dediyim kimi, sadəcə olaraq, bunlar gündəmdə qalmaq üçün və Qərbdə bəzi dairələrin diqqətini özlərinə cəlb etmək üçün anormal fəaliyyətlərini davam etdirirlər.

sia.az

Bütün xəbərlər Facebook səhifəmizdə