“Amulsar məsələsində ən vacib üç tərəfi diqqətlə araşdırdıqdan sonra düzgün qərar veriləcək . İnanıram ki, ekspert işi həm hüquqi, həm iqtisadi, həm də ətraf mühit baxımından lazımdır”. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan respublikasının baş nazirinin müavini Mqer Qriqoryan Lidian şirkətinin arbitraj məhkəməsinə müraciət edib-etməyəcəyinə dair sualı cavablandırarkən söyləyib.
Onun sözlərinə görə, hər şey bu üç ən vacib ekspert rəyindən asılıdır. Jurnalistlərin, Amulsar məsələsinin xüsusən də Sevan gölü üçün təhlükəli olduğu və qarın əriməsi ilə əlaqədar ciddi problemlərin yarana biləcəyi barədə suallarını cavablandırarkən Mqer Qriqoryan bildirib ki, problem mütəxəssislərin rıyini və mütəxəssislərdən dərin analitik nəticə tələb edir.
Baş nazirin müavininin sözlərinə görə, üç cəhət ən vacib olduğu üçün balanslaşdırılmış qərar ən düzgün olacaqdır. O, həmçinin əlavə etdi ki, bu üç cəhət diqqətlə öyrənildikdən sonra düzgün qərar verilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB