ABŞ Türkiyənin Avropa Birliyinə üzvlük məsələsinə tam dəstək verir

ABŞ Türkiyənin Avropa Birliyinə üzvlük məsələsinə tam dəstək verir

Fransanın nüfuzlu və populyar qəzetlərindən olan Le Mond Türkiyə ilə Avropa Birliyi arasında müzakirələrin dalana dirəndiyini və təşkilat daxilində Türkiyənin quruma qəbulu məsələsində ikiyə bölünmənin baş verdiyini yazır.

SİA-nın xəbərinə görə, beynəlxalq səhnədə geniş bir oxucu kütləsinə sahib olan bu solçu qəzet fevralın 10-da Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasında qəbul edilən Türkiyə məruzəsinə dair analitik xəbərdə birliyin əsl məqsədinin "Ankaranın imtiyazlı ortaqlığı qəbul etməsinə nail olmaq" olduğunu qeyd edir.

Le Mondda yer alan şərhdə "Birlik Türkiyə ilə münasibətləri qoparmaq istəmir, Ankaranın İranda, Şimali Afrikada və ya Balkanlarda oynaya biləcəyi rollardan yararlanmaq istəyir, ancaq Ankaranın tələblərinə də boyun əymək niyyətində deyil" – deyə bildirilir. Qəzet Fransa, Almaniya və Avstriyanın Türkiyənin üzvlüyünə qəti olaraq qarşı çıxdığını, Türkiyənin birliyə qəbulunun ən yaxşı dəstəkləyicilərinin isə İngiltərə və Skandinaviya ölkələrinin olduğunu yazır.

ABŞ-ın Türkiyənin üzvlük məsələsinə tam dəstək verdiyini vurğulayan Le Mond Skandinaviya ölkələrinin Amerika diplomatiyasına hər zaman dəstək verdiyini də qeyd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə