Pakistan hərbi qüvvələri Əfqanıstan sərhəddi yaxınlığında baş vermiş döyüş zamanı 15 yaraqlını öldürüb. SİA-nın xəbərinə görə, döyüş Taliban üsyançılarının keşik məntəqəsinə hücumu etməsilə başlayıb. Pakistan hərbi qüvvələri əks hücuma keçib. BMT rəsmiləri bildirir ki, Pakistanın şimal-qərbində hökumət qüvvələri və Taliban üsyançıları arasında döyüşlər nəticəsində on minlərlə insan öz yerlərini tərk edib. BMT-nin qaçqınlar agentliyi məcburi köçkülərin sayının bu ayın sonu 90 000-ə çatacağını təxmin edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB