Hər hansı bir xarici təzyiqi Ermənistan tərəfi öz suverenliyinə qəsd hesab edərək təşvişə düşüb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistandakı Amerika Ticarət Palatası dünən bir bəyanat verərək Amuslar ətrafındakı vəziyyətlə əlaqədar Ermənistanın Baş nazirinə müraciət edib.
Məlumatda qeyd olunur ki, müraciətdə hətta 3-cü yoxlamadan sonra və Lydian-ın yüksək ekoloji standartlara cavab verdiyi təsdiqlənildikdən sonra belə proqrama girişin hələ də bərpa olunmamasına təəssüf hissi bildirilir. Üstəlik Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə bir daha ehtiyac olduğu müzakirə olunur.
Bu müraciətdən sonra Ermənistan tərəfi təzyiqin vəziyyətindən asılı olmayaraq hər hansı bir xarici təzyiqi suverenliyinə və azadlığına qəsd kimi qiymətləndirəcəyini bildirib. Ermənistan tərəfi hətta bu məsələyə görə ABŞ-ın erməni icmasını daha fəal olmağa çağırır və bildirir ki, qoy Amerikadakı nüfuzlu ermənilər öz fikirlərini bildirsinlər, həmçinin bu məsələdə dəstək versinlər.
Göründüyü kimi Ermənistan suverenliyinə qəsd olunacağından bərk qorxuya düşüb və əbəs yerə deyil ki, bu məsələ ilə əlaqədar ABŞ-dakı ermənilərə çağırış edir. Hətta Ermənistan tərəfinin iqtisadi mənfəətləri naminə heç kimin Ermənistanın təbiətini və insanların sağlamlığını korlamaq, vətəndaşların qərarını tapdalamaq və əksini etməyə məcbur etmək hüququnun olmadığını elan etmək məcburiyyətində qaldığı da əbəs yerə deyil və sözsüz ki, suverenliyinə qəsd qorxusunun təzahürüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB