Azərbaycanın müdafiə təyinatlı məhsulları Beynəlxalq sərgidə nümayiş etdirilir

Azərbaycanın müdafiə təyinatlı məhsulları Beynəlxalq sərgidə nümayiş etdirilir

Fevralın 20-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində "İDEX-2011" Beynəlxalq müdafiə sərgisi öz işinə başlayıb. Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və müdafiə sənayesi naziri Yavər Camalov sərgidə iştirak edirlər.

SİA-nın xəbərinə görə, Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətlərinin qatıldığı, Yaxın Şərqdə və Şimali Afrika bölgəsində ən iri və əhəmiyyətli hesab olunan "İDEX-2011" sərgisində Azərbaycanda istehsal edilən 71 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilir. Buraya yüngül atıcı silahlar, müxtəlif çeşidli hərbi sursatlar, optik nişangahlar, minaatan, zirehli maşın modelləri və s. daxildir.

Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinin dövlət və hökumət rəsmiləri ilə görüşlər də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə