Ermənilər belə qənaətə gəliblər ki, Rusiya onları ayrıseçkilik vəziyyətinə gətirən birtərəfli qərar qəbul edib. Ermənistanda elə hesab edirlər ki, Rusiyada müvafiq qanunun qəbul edilməsi, əslində, Avrasiya İqtisadi Birliyinə dair razılaşmaya ziddir. Məsələnin belə bir vəziyyətdə müzakirəsi təsdiq edir ki, ermənilər ayrıseçkilik vəziyyətindən qorxuya düşüblər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bu gün regional məsələlər və Avrasiya inteqrasiyası məsələləri üzrə daimi parlament komissiyasında Rusiya Federasiyasında Ermənistanın sürücülük vəsiqələri ilə sürücülərin qarşılaşdıqları problemlərlə bağlı fikirlərini bildirib.
O qeyd edib ki, Rusiya Federasiyasında qəbul edilmiş sürücülük vəsiqələri haqqında qanun Avrasiya İqtisadi Birliyinin səlahiyyətinə daxil deyil, əks halda Ermənistan buna qarşı çıxardı.
"Bu məsələ Avrasiya İqtisadi Birliyində müzakirə olundu, buna görə biz fərqli bir yol tutduq. Deyirlər ki, hamı bu sahədə razılaşma imzalasın, amma bu çox uzun bir prosesdir və sürücülərimiz bu gün problemlərlə üzləşirlər. Qəbul edilmiş qanun Ermənistana qarşı ayrıseçkilik xarakteri daşıyır, çünki bu tələb digər ölkələrə şamil edilmir", deyə nazir müavini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB