Sevinc Seyidova: “Əli Kərimli zərərsizləşdirilməlidir” RƏY-ÖZƏL
“Fikrimcə, radikal qüvvələrin sosial şəbəkələr və digər internet resursları üzərindən dövlətçilik əleyhinə fəaliyyətə keçmələri üçün seçilən vaxt heç də təsadüfi deyil”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib. Onun sözlərinə görə, artıq vətəndaşların böyük qismi istirahətdən qayıdır və ölkənin ictimai-siyasi həyatında baş verən proseslərlə daha yaxından tanış olmaq məqsədilə müxtəlif mənbələrdən informasiyalar əldə etməyə çalışırlar: “Əli Kərimlinin birbaşa diktəsi ilə yaradılmış qruplar isə vətəndaşların bu marağından istifadə edərək yenidən ictimai-siyasi sabitliyi pozmağa yönələn təxribatlara əl atırlar. Birbaşa dövlətin və xalqın milli maraqları ilə ziddiyyət təşkil edən çağırışlar, heç bir fakta söykənməyən yalnış məlumatlar yaymağa səy göstərirlər. Təbii ki, bu cür fəaliyyətin qarşısı qanunvericiliyin tələblərinə uyğun olaraq alınmalı, təxribat törətmək istəyənlər aşkar edilərək cəzalandırılmalıdırlar. Lakin bir məqamı xüsusi olaraq qeyd etmək istərdim ki, cəmiyyətimizin böyük bir qismi dövlətin yürütdüyü siyasəti tam olaraq dəstəkləyir və bu cür çağırışları heç də ciddi qəbul etmirlər. Bununla belə, yenə də maliyyə mənbələri qaranlıq olan bu cür qruplara qarşı tədbirlər görülməlidir. Onların apardığı anti-Azərbaycan təbliğat kampaniyası tutarlı faktlar və arqumentlərlə də zərərsizləşdirilməli, dövlətçilik əleyhinə fəaliyyətləri ifşa edilməlidir”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB