Sanitec təxribat edir və görəsən müqaviləyə xitam veriləcəkmi? SİA Ermənistana məxsus lragir.am saytında yaımlanan məlumata istinadən xəbər verir ki, gündəlik “Jamanak” qəzetinin yazdığına görə Sanitec şəhərdəki zibil yığımı ilə məşğul olmur və artıq cəmi beş gün ərzində 300 milyon dram cərimə tətbiq olunub.
Xatırladaq ki, bir həftə əvvəl Yerevan Bələdiyyəsi növbəti dəfə Sanitec-ə tullantıların atılması üçün 300 milyon dramdan az pul ödəmişdi və bu fakt, indiyə qədər zibil yığımına qarışmayan bir şirkət olan Sanitec-i görünür əsəbiləşdirib.
Dünən Yerevan Bələdiyyəsinin nümayəndəsi Hakob Karapetyan, Sanitec'in tam uğursuzluğunun hüquqi nəticələrə səbəb olacağını da söyləyib.
"Son bir neçə ay ərzində öhdəliklərini yerinə yetirə bilməyəcəyini nümayiş etdirən bir şirkət, son günlərdə yalnız zibil atma prosesini tamamilə uğursuz icra etdiyini sərgiləyib. Tətbiq olunan qanunlara və Sanitec ilə imzalanan müqavilələrə uyğun olaraq, bələdiyyə Sanitec-in müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün sanksiya tətbiq etməsinə birbaşa cavabdehdir və bələdiyyənin tətbiq etdiyi hər hansı bir cərimə əsaslı və qeydə alınmış hallara əsaslanır”, deyə Karapetyan bildirib.
Qeyd edək ki, hazırda Ermənistanın paytaxtında tullantıların idarə olunması işləri yalnız texniki imkanlar və kadrlar ilə doldurulmuş Yerevan Tullantıları və Kanalizasiyası İdarəetmə ictimai təşkilatı tərəfindən həyata keçirilir.
Yerevan Ağsaqqallar Şurasındakı müxalif “Luys” partiyasının rəhbəri David Xacakyan, Jamanak'a bildirib ki, bələdiyyə Sanitec'ə qarşı mütləq qanuni tədbir görməlidir. Çünki şirkətin boykot və təxribat etdiyi artıq göz qabağındadır.
“Düşünmürəm ki, bələdiyyənin verdiyi ödənişlər işin görülməsi üçün yetərli deyil və mütləq qanuni tədbir görməlidir. Əgər bu edilməsə, bunun hüquqi nəticələri ağır olacaq ", deyə David Xacakyan bildirib.
Hadisələrin gedişi təsdiq edir ki, paytaxtın zibildın təmizlənməsi məsələsi hələ sual altındadır və fakt budur ki, hazırda Ermənistan, ələlxüsus onun paytaxtı zibil içindədir. Bu zibildən ölkənin və onun paytaxtının təmizlənməsi məsələsinin həlli variantı belə ortada yoxdur və hələ Ermənistan zibillənməkdə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB