Ermənistanın ikinci prezidenti və hazırda həbsdə olan Robert Koçaryanın oğlu Levon Koçaryan atasının həbsdə olmasını qəbuledilməz hesab edir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Levon Koçaryan atası Robert Koçaryanın Ermənistanın tarixində xüsusi xidmətləri olduğunu deyərək, bu ölkənin ikinci prezidentinin hazırda həbsdə və nəzarət altında olmasını xəcalətverici fakt kimi qiymətləndirib.
Eks-prezident Koçaryanın oğlu hazırda Dağlıq Qarabağ və Ermənistan arasındakı, ümumiyyətlə ölkədəki gərginlik barədə qeyd edib və bu gərginliyin Ermənistanda inqlabdan sonra daha da artdığını xüsusilə vurğulayıb. Qeyd edib ki, bu gərginliyi Dağlıq Qarabağda da, Ermənistanda da hər kəs çox yaxşı görür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB